Bir şirkət fəaliyyətinin ən əsas hədəfi pul qazanmaqdır. Yəni, heç kim gəlir əldə etməyəcəyi işə pul qoymaz. Bu işin maddi tərəfi olduğuna görə, mənə etiraz edənlər də mütləq olacaq. Hər kəs, bütün fəaliyyətindən maddi və ya mənəvi bir qazanc güdür. Birisi 100 min dollar sərmayə qoyub 1 milyon qazanmaq istəyir, digəri də o pulun üstünə hər il əlavələr edərək mənəvi qazanc əldə edir. O inanır ki, bu əbədi xoşbəxtliyi üçün vacibdir. Çox sevindirici haldır ki, Tagiyevlər, Musayevlər nəslindən sonra demək olar ki, yox olan bu ənənə təkrar başlamaq üzrədir. Başlayıb daha doğrusu. İnkişaf edir. Mən kiçik biznesi ilə böyük işlər görən insanlar tanıyıram. Sevinirəm buna.
Mövzum əslində bu deyil, mövzum odur ki, nə işlə məşğul olursan ol, işini əhatə edən insanlara qarşı düzgün davran. Mənim işlədiyim şirkət sahibinin həmişə dediyi bir söz var "Biznesdə ən vacib məsələ dürüstlük ve etibar qazanmaqdır, digərləri özü gəlir". Bunu fərdlərə aid etmək olduğu kimi, şirkətlərə də aid etmək olur. Yəni, həm müştərilərin, həm də şirkət fəaliyyətinin bu və ya digər sahəsində əməkdaşlıq etdiyin şirkətlərin etibarını qazanmaq çox əhəmiyyətlidir. Kriz dövrlərində bunun qədər vacib olan ikinci bir amil yoxdur bəlkə də. Asiya vəTürkiyə iqtisadi krizində bunların nümunələri çox görülüb. Etibarını qazandığınız şirkətlər finans cəhətdən sizə kömək edə biləcəyi kimi, öz əməkdaşlarınız, daxili müştəriləriniz, də sizin əlinizdən tutub qaldıra bilər. Yəni, burada şirkət daxili münasibətlər həyatı əhəmiyyət kəsb edir. Ayda 100 min manat gəlir əldə edən bir şirkət üçün ayda 5 min manat verib işçilərə diqqəti artırmaq heçbir əlavə maliyət deyil. Mən hələ xırda nümunə verdim. İşçilərə günorta yeməyini pulsuz verməyin maliyəti əlavə xərc deyil. Bu qazanc gətirir. Daxili məmnuniyət, xarici məmnuniyətə səbəb olur. Qarnın tox olmagı deyil məsələ, nə də "ac da olsa tox da olsa o işi görəcək" fikri deyil, məsələnin kökü. Məsələ, qayğı və bu qayğının qarşılığında iş üçün can yandırmaq, işi "özününkiləşdirmək" məsələsidir. Bu inanılmaz dərəcədə əhəmiyyətlidir. "Yiyə gözü, həkim gözü" deyə bir söz var bizim dilimizdə. Münasibətlərin özü, özəyi bax elə budur.
Bunlar xırda məslələr olsa da əhəmiyyətlidir. Malınızı paketləyən adamın o işi səliqəylə görməsi işdən çıxarılma qorxusundan daha çox, sahiblənmə ilə mümkündür.
İşçilərin etibarını qazanmaq qədər, müştərinin etibarını qazanmaq da əhəmiyyətlidir. Sizin səhvlərini bağışlaması üçün bu vacibdir. Şirkət və müştəri münasibətləri də eyni iki insan münasibəti kimi ola bilər. Mən lovemarks haqqında danışmıram. Şirkətlər haqında danışıram. Şirkətlərin müştərilər nəzdində etibar qazanması hətta yeni markanın bazara təqdimi vaxtı çox böyük əhətmiyyət kəsb edə bilər. Xüsusən də Azərbaycan kimi kiçik ölkələrdə. Bizim ölkəmizdə yalan olmasın hamı bir-birinin avtomobilini tanıyır. Burada istehsalçı şirkətin, markanın sahibinin kim olması çox böyük əhəmiyyətə malikdir.
Müştəri, ona qaz kimi baxanı da, inək kimi sağanı da, ağa kimi sayanı da tanıyır!
Başqaları bizim qazımızla qaz bişirir, biz de qalmışıq lüt qaz kimi, bişməyə hazır!!!
Subscribe to:
Post Comments (Atom)
- KISSHOT
- Gurbanoff-ƏLA SAYT
- MAK
- Makla
- Marketoblog
- Advarium
- marketoloji
- Ağ-Qara Podyezd
- How do I explore my life
- Bülent AKGÜL
- Iqtisad Blogu
- GET IT
- Nurəddinin Blogu
- PAZARLAMA Bİ`TANEDİR
- Pazarola
- Researcher's Guide
- Rəşad Əliyev
- Selim TUNCER
- Shared Folders Blog
- Sözün Düzü
- Gurbanoff-ƏLA SAYT
- Gurbanoff-ƏLA SAYT
Bütün hüquqları R.Məmmədov-a məxsusdur. 2008











0 comments:
Post a Comment