Eurax
Şərh yazın, fikir bildirin ki, "fikriniz"in var olduğunu bildirəsiniz!

Nov 29, 2007

( Qırmızı ANS-in rəngidir ay SPACE!!! )

Əlimdə bir elmi araşdırmanın nəticələri yoxdur təəssüf ki, ancaq tapan kimi bu yazıya əlavə edəcəm. Bunu başdan deyim ki, məni qınamayın.
Ancaq rənglərin mal seçimində, qərar vermə anında təsiri danılmazdır. Bunu gündəlik həyatımızda onsuz da görürük. Martin Lindsotrm da "Duygular və Marka" kitabında markanın bütün duyğu organlarına xitab etməli olduğunu iddia edir. Onun kitabında bunun çox nümunələri var. Özünü haqlı çıxarmağa çalışır bununla. Nokia-nın musiqisi var misal üçün, o səsi eşidən kimi ağlımıza Nokia gəlir. Bəzi marketlər bütün mağazalarında eyni iyin gəlməsini təmin edir. Bütün bunlar insanların ağlında marakaya aid canlanmaları həmişə yükəsk səviyyədə tutmaq üçündür. M.Lindstormun kitabı bu mövzunu tam başa düımək üçün əla kitabdır. Amma, biraz sıxıcıdır. Nə isə, əslində mənim mövzum bu deyil.

Mən rənglərin təsirindən də danışmayacam uzun uzun, bunun üçün də indiyə kimi aparılan yüzlərlə araşdırma var. Tapıb oxuya bilərik. Mən bugün axır ki, SPACE kanalına qarşı olan hisslərimi yazıya tökməyə qərar verdim.

Mən bu kanala baxmıram. İstəyir nə qədər yaxşı kanal olursa olsun. Əslində parlaq rəngləri sevən bir insanam. Turuncu rəngi də sevirəm. Space kanalının rəngini seçə bilirəmsə əgər, bu kanalın ana rəngi də turuncudur. Turuncu rəng qırmızı və sarı rənglər arasında 620-585 nanometr dalga uzunluğunda olan rəngdir. Bu rəngi sevən qadınlar səmimi, dost təbiətli, kişilər isə səbirli, güzəştə getməyi bacaran insanlar olurlar (Öz aramızdı bir biri ilə yaxşı yola gedərlər). Space-in rəngini bilən varsa mənə desin. Bir markanın ana rəngləri rəsmi olaraq bilinir. Birinin qırmızı, birinin qara nə isə.
Space kanalında mənə elə gəlir ki, həmişə bir rəng xaosu var. Orada rənglər düzgün dalğalarla çatmır və ya rəng seçimləri xüsusi olaraq qarmaşıqlaıdırılır. Çox qəribə hiss var məndə; SPACE kanalında bütün hər şey o mənim seçə bilmədiyim (daltonik deyiləm) rəngdə olur sanki. Xəbərləri təqdim edən xanim da daxil olmaqla. Elə məni qıcıqlandıran da o seçə bilmədiyim rəngdir. Təkcə bu da deyil. TV kanalları da başlı başına marka ola bilirlər və markadırlar. Bunların da özünə görə strategiyaları mçvcuddur. Bunlar da bir marka kimliyinə sahibdirlər. Daha doğrusu olmalıdırlar. ATV əyləncə kanalıdır, kanalı nə qədər tənqid edirsiniz edin, əyləncə kanalı deyəndə ağla gələn ilk Azərbaycan kanalı ATV-dir, ANS objektiv (objektivlikləri müzakirə oluna bilər) xəbər kanalıdır, bunu biraz da satirik üslubla ələ alan kanaldır, Lider intellektual kanal olaraq özünü yerləşdirmək istəyir, ancaq nə qədər uğurludur bilmirəm, SPACE nə etmək istəyir, hansı mətləbə qulluq edir mən hələ də başa düşməmişəm. Çünki baxmıram. Baxmıram çünki rənglərinə görə o kanala baxanda bütün əsəblərim gərginləşir.

Mesajın (SMS-dən getmir söhbət) kimin tərəfindən göndərilməsinin, hansı formada göndərilməsinin, necə göndərilməsinin, nə vaxt göndərilməsinin hamısının qəbula təsiri var. Hətta,
Selim Tuncer bir yazisinda səsin və deyiliş tərzinin bu münasibətlərdə nə qədər əhəmiyyətli olduğunu bir araşdırmanın nəticələri olaraq göstərmişdi. Mesajı göndərən SPACE olduğuna və mən də o kanala qarşı alllergiyalı biri olduğuma görə o kanalın yayınladığı heçbir şeyə baxmıram. SPACE Azərbaycanda MotoGP yarışlarının rəsmi yayın hüququnu alsa mən çox təəssüflənərəm. Çünki, gərək mən xarici kanallara təkrar müraciət edəm elə olsa.

Markaya ilə bütünləşmiş bəzi şeylər var, bunlar, rəng, səs, qoxu, yazı və.s ola bilər. Ferrari deyəndə ağla qırmızı rəng gəlir, Nokia deyəndə ağla Connecting People gəlir (muqisi ilə birlikdə), Carlsberg deyəndə Liverpool-un yaxasındakı yazı gəlir ağlımıza və.s. Bunlar hamısı markaya aid olur və marka sahibləri də bütün bunlar arasındakı ahəngi nəzarətdə saxlamalıdırlar. Rəngi ilə insanları qaçırmamalıdır, səsi ilə insanları bezdirməməlidir, özünə məxsus nə varsa bunların hamısı ilə "ciddi rəftar etməlidir". Bunu da uzun uzun yazsaydım bu yazını heç bura kimi də oxumayaqdınız, başda "nə uzun yazıdır"deyib heç oxumayacaqdınız. Mən kəsirəm elə burda.

WEB səhifəsi qırmızı, TV rəngi "mənim seçə bilmədiyim rəng" olan SPACE kanalının bir gün ikisini də başqa bir rəng etməsi ümidiylə.

(Qırmızı ANS-in rəngidir ay SPACE!!!)

9 comments:

Muzeffer said...

Rustem, bu movzuda tamamile seninle raziyam. O kanalin menim zehnimde canalandirdigi imicin eynisi sende de var...
Men de daha onceden oz ozume fikirlesmidim ki, goresen bu kanala niye hemise baxanda ele eyni seyi yayimlayir hissi emele gelir? Reng movzusunu gozel tutmusan. Tebrikler!

CresceNet said...

Oi, achei seu blog pelo google está bem interessante gostei desse post. Gostaria de falar sobre o CresceNet. O CresceNet é um provedor de internet discada que remunera seus usuários pelo tempo conectado. Exatamente isso que você leu, estão pagando para você conectar. O provedor paga 20 centavos por hora de conexão discada com ligação local para mais de 2100 cidades do Brasil. O CresceNet tem um acelerador de conexão, que deixa sua conexão até 10 vezes mais rápida. Quem utiliza banda larga pode lucrar também, basta se cadastrar no CresceNet e quando for dormir conectar por discada, é possível pagar a ADSL só com o dinheiro da discada. Nos horários de minuto único o gasto com telefone é mínimo e a remuneração do CresceNet generosa. Se você quiser linkar o Cresce.Net(www.provedorcrescenet.com) no seu blog eu ficaria agradecido, até mais e sucesso. If is possible add the CresceNet(www.provedorcrescenet.com) in your blogroll, I thank. Good bye friend.

Rüstəm Məmmədov said...

Salam Müzəffər.

Sənin kimi dəyərli bir insanın fikirlərimlə razılaşması sevindirdi məni.
Şərhinə görə çox sağol.

İkinci şərh reklam xarakterlidir yəqin ki. Silmeyek qalsın..Bəlkə ispan dilli oxucumuz da var:)

Bülent Akgül said...

Vallahi Rüstem, bu yazı üslubuyla, içeriğiyle altta duran İspanyolca yorumuyla kültlerinden biri olur.

Renkler konusundaki uyumsuzluk olmaz, hele rakip kanalın renklerini kurumsal kimlik rengi olarak seçmek hiç olmaz. Ben derim ki onlar parlak bir turuncu bellesinler kendilerine. Ya da mavi. Bu iki renk de iyidir tv kanalı için.

Rüstəm Məmmədov said...

Event Bulent, aynen oyle.

Sen bu kanali goreceksin!!! Gordukten sonra, eminim en az 10 sayfalik bir yaziyla kapatirsin konuyu, chunku delirtecek cinsten.

NUR said...

Maraqlidir.
Rustem,siz cox duzgun qeyd etdiniz, Tv kanallarin ishleme mexanizmi,umumi gedishisati insanda hardasa mueyyenlik yarada bilir ki,hansi kanal hansi amal ugrunda ve ya hansi ad altinda yayimlanir.(Marka baximindan)Eslinde bele tenqide qarshi terefden achiqlama getirilse yaxshi olar. Yaxshi movzudur.

P.S Vaxtiile Space-e her bir sahe de yaxshi qiymet vermek olardi. Hal-hazirda ise Space Aztv olub, Aztv ise Space.Siyasi terefleri de var.

Rüstəm Məmmədov said...

Nur, sherhine gore chox sagol.

Qarshi terefden achiqlama getirilse dogurdan da ela olar. Neinki tekce bizim yazilarimiza, hetta butun blogchularin sherhlerine cavab verilse dogru olar.

Bloglarin oxuculari var ve bu oxucular hamisi yuksek kommunikasiya qabiliyyetli, savadli, bir bazaya sahib inasnalrdir. Blog sherhlerine cavab yazna shirketlere qarshi munasibetlerinde de inanin mene deysihklik olar bu insanlarin. Bir nefer yuksek kommunikasiya qabiliyyetli insani yaxshi menada tesir etmek ise shirket adina chox ehemiyyetlidir.

Hormetle,

nur said...

Eger"shirket"tenqidi qebul etmirse artiq o"shirketin" gelecekde hansisa manelere gelib chatacagina isharedir.hansisa obyektiv ve neutral neticeye gelmek mutleqdir.

Marketingin kompleksini teleb eden meyarlardan biri de bazarin hisselenmesidir yeni seqmentasiyasidir.Mes:Cografi,Demoqrafik,Psixoqrafik prinsipler ve sair ve i.Elece de bu meyarlarin icherisinde hazirliq planina uygun kateqoriya da var ki,bu da etirazlara,xidmetlere,yeniliklere,
yalniz lazim olan mehsullari teqdim etmek ve mushterilerin ve ya mehz,ictimayyetin inamini artirmaq uchun qabaqcadan hazirliq planina uygun davranmalardir.

Eger burada normal olaraq,neytral movqede hansisa bir sheye aydinliq getirilmeye cehd gosterilirse mence boyuk naraziliga sebeb olmamalidir ve munasibetlere de menfi tesir gosterilmemelidir. Yuxarida qeyd etdiyim gostericilere ragmen nese, yeterince hazir cavab olmaq lazimdi

Rustem,sizin de cavabiniz uchun teshekkurler!

Rüstəm Məmmədov said...

Tamamile raziyam Nur.

Hormetle,