Eurax
Şərh yazın, fikir bildirin ki, "fikriniz"in var olduğunu bildirəsiniz!

May 4, 2009

ADNA və arxasında qalanlar

ADNA-da baş verən bədbəxt hadisədən sonra hələ də cəmiyyət informasiyasızdır və hələ də cəmiyyət maraq içərisindədir ki, görəsən nələr baş verir. Əlbəttə, heç kim hökümətdən gözləmir ki, rəsmi bəyanat yaysın ki, bunu Rusiya gizli kəşfiyyatı edib və ya başqa bir təşkilat edib. Ama, heç olmasa cəmiyyətdə inam yaratma adına nələrsə edilə bilərdi. Bizim bu yalançı “bağlanma” söhbətində etdiyimiz kimi, dövlət də susma yoluna keçdi. Əsas məsələ isə hadisədən sonra diqqətimi çəkənlər oldu. Əvvəla orası çox diqqətimi çəkdi ki, dövlət hadisədən zərər çəkənlərin qeydinə qaldı. Bu çox müsbət haldır və alqışlamaq lazımdır. Nolsun ki, dövlətin borcudur, yenə də alqışlamaq lazımdır. Bunu həm maddi, həm də mənəvi olaraq etməyə çalışır dövlət. İkinci olaraq diqqətimi çəkən isə, özündən çox uzaqlaşan Azərbaycanlılar oldu. İnanın ki, hadisənin özü qədər elə ürək ağrıdan digər məsələ özümüzdən uzaqlaşma idi. Hadisə, əlbəttə adi ölüm hadisəsi deyildi (Əli Həsənov-un ilk verdiyi gülməli-ağlamalı bəyanatı xatırlayın), ancaq dərinliyi etibarı ilə şam yandırma hadisəsi də ağlamalı idi.

Mən durub burdan mühazirə oxuyası deyiləm, ancaq mənim bildiyim qədərilə biz Azərbaycanlılar müsəlman türklərik. Müsəlmanın yaxını rəhmətə gedəndə Fatihə və Yasin surələri oxunur arxasından, dualar edilir. Allah-dan onun bağışlanması və Cənnətinə qoyulması üçün dualar edilir. Şam yandırıb, divara yazı yazmaq isə bizim adətlərdə yoxdur. Başa düşürəm ki, divara yazı yazaraq insanlar öz hisslərini ifadə edirlər, buna da etirazım yoxdur. Ancaq, şam yandırmaq yerinə hərə orada dayanıb, ürəyindəcə 10 dəfə Fatihə oxusa, bilənlər evində bir Yasin oxusa daha da xoş olar məncə. Ruhları daha şad olar.

Allah hamısına rəhmət eləsin, qəbirləri nurla dolsun inşallah.

0 comments: